“Sabah” - "Makkabi" matçından öncə mətbuat konfransları və məşqlərin vaxtı açıqlanıb

Konfrans Liqası II təsnifat mərhələsinin “Sabah” - "Makkabi" matçından öncə mətbuat konfransları və məşqlərin vaxtı açıqlanıb.

Presssport.az xəbər verir ki, Masazır təmsilçisinin baş məşqçisi Krunoslav Renduliçin mətbuat konfransı iyulun 31-də saat 17:30-da, komandanın ilk 15 dəqiqəsi mətbuat üçün açıq olacaq məşqi isə saat 18:00-da olacaq.

Rəqib komandanın baş məşqçisi Barak Baharın oyunöncəsi mətbuat konfransı həmin gün saat 20:00-da, ilk 15 dəqiqəsi mətbuat üçün açıq olacaq məşqi isə saat 20:30-da başlayacaq.

Hər iki mətbuat konfransı və məşqlər “Bank Respublika Arena”da baş tutacaq.

Xatırladaq ki, "Sabah" - "Makkabi" qarşılaşması avqustun 1-də saat 20:00-da start götürəcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC