"Sabah" -"Makkabi" matçına satılan biletlərin sayı açıqlanıb

Konfrans Liqasının II təsnifat mərhələsinin cavab görüşləri çərçivəsində baş tutacaq "Sabah" -"Makkabi" (İsrail, Hayfa) matçına 3000 bilet satılıb.

Bu haqda Presssport.az-a Bakı klubunun mətbuat xidmətinin rəhbəri Elnur Həmidov məlumat verərək, biletlərin sabahdan etibarən "Bank Respublika Arena"nın kassalarında da satışa çıxarılacağını sözlərinə əlavə edib.

O, həmçinin oyundan öncə azarkeşlər üçün fan zonanın təşkil edilməsinin nəzərdə tutulduğunu da diqqətə çatdırıb.

Xatırladaq ki, "Sabah" və "Makkabi" arasında cavab matçı avqustun 1-dəsaat 20:00-da "Bank Respublika Arena"da keçiriləcək. Macarıstanda baş tutan ilk oyunda Masazır təmsilçisi 3:0 hesablı qələbə qazanıb.
 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC