Paris-2024: İlk qızıl medal Hidayət Heydərovdan gəldi!

Azərbaycan cüdoçusu Hidayət Heydərov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarının qalibi olub.

Presssport.az xəbər verir ki, 73 kq çəki dərəcəsində yer alan idmançımız finalda fransalı Con Benjamin Qabanı üstələməklə qızıl medal qazanıb.

Hidayət əlavə vaxtda ipponla qalib gələrək Olimpiya çempionu olub.

Heydərov mübarizəyə 1/8 finaldan başlayaraq bu mərhələdə Tohar Butbulla (İsrail) qalib gəlib. O, 1/4 finalda Artur Margelidondan (Kanada), yarımfinalda isə Akil Qyakovdan (Kosovo) güclü olub. 27 yaşlı cüdoçumuz bütün qələbələrini əlavə vaxtda (golden score) qazanıb.

Bu, Hidayətin karyerasında ilk iştirak etdiyi Olimpiada olub. O, bu il dünya və Avropa çempionu da olmuşdu.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC