Paris-2024: Azərbaycan cüdoçusu mükafatlandırılıb, Dövlət Himni səsləndirilib

Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında qızıl medal qazanan Azərbaycan cüdoçusu Hidayət Heydərov mükafatlandırılıb.

Presssport.az xəbər verir ki, 73 kq çəki dərəcəsində yer alan 27 yaşlı idmançımıza qızıl mükafat təqdim olunub.

Daha sonra Azərbaycanın Dövlət Himni səsləndirilib.

Onu da bildirək ki, finalda Hidayətə məğlub olan fransalı Con Benjamin Qaban gümüş, Moldovanı təmsil edən azərbaycanlı Adil Osmanov və yaponiyalı Soiçi Hasimoto bürünc medala sahib çıxıb.

Xatırladaq ki, bu, Paris-2024-də 48 idmançıyla təmsil olunan Azərbaycanın ilk medalıdı. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC