Moldovanı təmsil edən azərbaycanlı cüdoçu arzusuna çatıb: "Hidayətin Azərbaycan bayrağını dalğalandrmasına görə çox sevindim"

“Arzuma çatdığımı deyə bilərəm”.

Presssport.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarının bürünc medalını qazanan cüdoçu Adil Osmanov deyib.

Əslən azərbaycanlı olan Moldova təmsilçisi yarışla bağlı təəssuratlarını bölüşüb:

"Olimpiadada nəticə qazanmaq istəyirdim. Arzuma çatdığımı deyə bilərəm. Buna görə çox sevinirəm. Təbii ki, final mərhələsinə yüksəlib, qızl medal qazanmaq istəyərdim. Bununla belə, bürünc medal da pis nəticə deyil".

29 yaşlı idmançı finalda Fransa idmançısına qalib gələrək qızıl medala sahib çıxan Hidayət Heydərovu təbrik edib: "Hidayət Heydərovun qalib gələrək, Azərbaycan bayrağını dalğalandrmasına görə çox sevindim. O, buna layiq idmançıdır. İnşallah, qarşıdakı yarışlarda da uğurlu çıxış edər".

Qeyd edək ki, A.Osmanov üçüncü yer uğrunda görüşdə Manuel Lombardo (İtaliya) ilə görüşdə qələbə qazanaraq fəxri kürsüdə yer alıb (report.az).

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC