Paris-2024: Azərbaycan medal sıralamasında neçəncidi?

Azərbaycan Paris-2024 Yay Olimpiya Oyunlarında medal qazanan ölkələr sırasına düşüb. 

Presssport.az xəbər verir ki, bu, 73 kq çəki dərəcəsində yarışan cüdoçumuz Hidayət Heydərovun bu gün finaldakı qələbəsi sayəsində mümkün olub. 

Hazırda Azərbaycan millli komandasının aktivində 1 qızıl medal var. Bu uğura görə ölkəmiz medal sıralamasında 13-cü yeri tutur. Medal qazanan ölkələrdən (qızıl olmayan) 18-si bizdən geridədi. Bununla belə, günün sonuna qədər yerdəyişmə də ola bilər.

Onu da bildirək ki, saat 21:30-a olan nəticələrə əsasən sıralamada 1-ci yeri 9 medalla Cənubi Koreya tutur - 5 qızıl, 3 gümüş, 1 bürünc. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC