Juninyodan het-trik, "Qarabağ"dan darmadağın - YENİLƏNİB

Bu gün Çempionlar Liqasında (ÇL) II təsnifat mərhələsinin cavab oyunlarına start verilib. 

Presssport.az xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” da meydana çıxıb. 

Ağdam klubu avrokuboklarda yeni mövsümdə ilk ev matçında Cəbəllütariq “Linkoln”u ilə üz-üzə gəlib. Çempionumuzun budəfəki qələbəsi böyükhesablı okub ki, braziliyalı bombardir hücumçusu Olavio Juninyo het-trikə imza atıb.

Beləliklə, “köhlən atlar” ardıcıl 11-ci mövsüm qrupda iştirakını rəsmiləşdirib. Belə ki, “Qarabağ” ən azı Konfrans Liqasına vəsiqəni qarantiyalayıb. 

Xatırladaq ki, bu dueldə mərhələ adlayacaq tərəf III turda “Ludoqorest” (Bolqarıstan) - “Dinamo” (Minsk, Belarus) cütünün qalibi ilə qarşılaşacaq. Bu iki cütün məğlubları isə Avropa Liqasında üz-üzə gələcək.

Çempionlar Liqası, II təsnifat mərhələsi

Cavab oyunu

20:00. “Qarabağ” – “Linkoln” - 5:0

QOLLAR: O.Juninyo, 16, 31, 44, Y.Benzia, 66, L.Andrade, 72

Baş hakim: Yakob Sundberq

Baş hakimin köməkçiləri: Deniz Yurdakul, Viktor Skitte

Dördüncü hakim: Yakob Karlsen

VAR hakimləri: Yonas Hansen, Yens Maae

(Hakimlər briqadası Danimarkadandır)

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

İlk oyun - 2:0

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC