Qriqorçukun köhnə klubundan Qriqorçukun yeni klubuna

"Neftçi” növbəti transferini rəsmiləşdirib.

Presssport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, ukraynalı hücumçu Andrey Ştoqrin heyətə cəlb olunub.

25 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb. O, “88 nömrə”li formanı geyinəcək.

Üç fərqli mövqedə – hücumun hər iki cinahında və mərkəzində oynamağı bacaran Ştoqrin 2018-ci ildən yetirməsi olduğu “Çernomorets”in A komandasında çıxış edib. Odessa təmsilçisinin əsas heyət üzvü olan hücumçu 2023/24 mövsümündə 34 oyun keçirib, 12 qol vurub.

Onu da bildirək ki, Andrey "Neftçi"nin yeni baş məşqçisi Roman Qriqorçukun rəhbərliyi altında “Çernomorets”də çıxış edib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC