Abasov Macarıstana yaxşı ümidlərlə gəldiklərini açıqladı: "İstərdim ki, bu dəfə də hakimlərin səhvi olmasın"

"Sumqayıt" Konfrans Liqası II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Macarıstanda "Fehervar"ın qonağı olacaq.

Presssport.az xəbər verir ki, "kimyaçılar"ın baş məşqçisi Samir Abasov matçdan öncə keçirilən mətbuat konfransında sabahkı cavab görüşündən gözləntisini açıqlayıb: "Oyunun çətinliyi haqda nəsə demək şablon çıxacaq. Rəqibin çempionat oyunlarını da izləmişik. Ümid edirəm, maraqlı oyun olacaq. İstərdim ki, bu dəfə də hakimlərin səhvi olmasın. Bura yaxşı motivasiya ilə gəlmişik. Heyətdə yetərincə itkilər var. Əhvalımız yaxşıdır, nə etmək lazım olduğunu bilirik. Uşaqlar da bunu anlayır. İtkiləri, heyətdəki çatışmazlıqları kənara atmışıq və səfərə yaxşı ümidlərlə gəlmişik. Arenada yaxşı atmosfer olacağını gözləyirəm. Ümid edirəm, bunu öz xeyrimizə çevirə biləcəyik".

Xatırladaq ki, sumqayıtlılar evdəki ilk matçda hələ ilk hissədə qırmızı vərəqə alaraq yekunda 1:2 hesabıyla yenilib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC