Qurbanov De Blekerinin təyinatına münasibət bildirdi: "Çox istəyərdim ki, bizim azərbaycanlılar orda olsun, özümüzünküləri yetişdirmək lazımdı""

“İcraiyyə Komitəsinin son iclasında iştirak etmədim. Çünki ölkədə yox idim. Bu təyinat fayda verəcək, ya yox - deyə bilmərəm. Hamımız üçün yeni simadı. Çox istəyərdim ki, bizim azərbaycanlılar orda olsun. Belə qərar qəbul olunubsa, hansısa nüanslara görə olunub”.

Presssport.az xəbər verir ki, bu fikirləri AFFA İcraiyyə Komitəsinin üzvü Qurban Qurbanov AFFA Hakimlər Komitəsinin (HK) yeni sədri olan əcnəbi mütəxəssis - belçikalı Frank De Blekerenin təyinatına münasibət bildirərkən deyib.

“Qarabağ”ın baş məşqçisi olan təcrübəli mütəxəssisin fikrincə, yaxın vaxtlarda komitə sədri kimi də öz hakimlərimizi yetişdirmək lazımdı: “Bir az fərqli mövqelərdi hakimlik və HK-nin sədri... Bəlkə də sədr olaraq, rəhbərliyə kadr tapmaq çətin oldu. Amma hər bir rəhbər hazırlamaq üçün vaxt lazımdı. Dərindən düşünmək lazımdı ki, o insanı həmin vəzifəyə qoysaq, idarəçiliyi apara bilər, ya olmaz. Çox istəyərdim ki, həmin sahələrdə, futbola aid sahələrdə öz kadrlarımız yetişsin, böyüsün, yaxşı idarəçilərimiz olsun. Yəqin ki, get-gedə qarşıdakı iclaslarda müzakirələr olacaq - 1 , 2 ildən sonra... Ümumi səsə qoyulacaq ki, hər sahədə öz kadrlarımız olsun. Bu da Azərbaycan futbolunun inkişafı üçün yollardan biri olmalıdı”.

Qurbanov yeni sədrə də uğurlar arzulayıb: “Keçən il hakimlikdən narazılıqlar çox oldu. Bəzən narazılıq çox olanda, hakimlər də oyunu sərbəst idarə edə bilmirlər. Bilməyərəkdən də, yanlışlara yol verirlər. Hakimliyimiz kökü var. Olubsa, deməli, yenə yaxşı ola bilər, inanıram ki, olacaq da”.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC