Roman Qriqorçuk: "İnanıram ki, o, komandamız üçün vacib fiqur olacaq"

"Neftçi"nin baş məşqçisi Roman Qriqorçuk komandaya yeni transfer edilmiş Andrey Ştoqrin haqda danışıb.

Presssport.az xəbər verir ki, klubun rəsmi saytına açıqlama verən təcrübəli ukraynalı mütəxəssis həmyerlisi barədə bunları deyib: "İnanıram ki, Andrey komandamız üçün vacib fiqur olacaq. O, bir neçə mövqedə oynamağı bacaran universal və ağıllı futbolçudu. Ştoqrin həm hücumda, həm də müdafiədə eyni gücdə mübarizə apara bilir. Taktiki planda çox savadlı, fiziki anlamda isə qüvvətlidr. Ona ümidlərimiz böyükdü”.

Xatırladaq ki, "ağ-qaralar" "Çernomorets"də Qriqorçukun rəhbərliyi altında çıxış etmiş 25 yaşlı Ştorqinlə 3 illik müqavilə imzalayıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC