Paris-2024: Bu gün 4 idmançımız və 1 komandamız çıxış edəcək

Bu gün Paris-2024 Yay Olimpiya Oyunlarında 5-ci gündü.

Presssport.az xəbər verir ki, bu gün Azərbaycanın 4 idmançısı və 1 milli komandası mübarizə aparacaq.

Cüdo

2024-cü ilin Avropa çempionu olan 22 yaşlı Elcan Hacıyev (90 kq) 1/16 finalda Türkiyə təmsilçisi Mixael Zqankla (30 yaş) üz-üzə gələcək. Elcanın rəqibi Avropa Oyunlarının qalibi, Böyük Dəbilqənin qızıl və 6 qat bürünc mükafatçısı, İslam Həmrəyliyi Oyunlarının, Aralıq Dəniz Oyunlarının qalibi olub, həmçinin dünya çempionatında da gümüş mükafat qazanıb. Hacıyev son dünya reytinqində 18-ci, onun rəqibi Zqank isə 8-ci yeri tutur.

Cüdo yarışları saat 12:00-da başlayacaq. 

Akademik avarçəkmə 

Dünən 1/4 finalda mübarizəyə başlayan təmsilçimiz Diana Dımçenko 6-12-ci yerlər uğrunda yarışacaq.

Avarçəkmə yarışlarının saat 12:14-də start götürməsi planlaşdırılır.

Triatlon

Bu gün əvvəlcə kişilərin fərdi yarışında triatlonçumuz Rostislav Pevtsov çıxış edəcək. O, 55 nəfər idmançı ilə mübarizə aparacaq. Bu mərhələnin yarışları saat 12:45-də başlanır.

Bu yerdə bildirək ki, ki, triatlon üzrə yarışların dünən keçirilməsi planlaşdırılırdı. Lakin Sena çayında suyun keyfiyyətinin aşağı olması səbəbindən yarış bu günə təxirə salınıb.

Badminton

Badmintonçumuz Edi Reski Dviçayo E qrupundakı 2-ci görüşündə danimarkalı Anders Antonsen səddini keçməyə çalışacaq. Edi ilk görüşündə avstriyalı Kollins Filimona qalib gəlib. Antonsen fərdi olaraq Avropa Oyunlarının qalibi, ikiqat Avropa çempionu, həmçinin qitə çempionatının ikiqat gümüş mükafatçısıdı. O, 4 dəfə qarışıq komandaların Avropa çempionatında, 4 dəfə isə kişilərdən ibarət komandaların Avropa çempionatında qalib olub. 

Bu oyunların saat 18:30-da başlayacağı gözlənilir.

3x3 basketbol

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi ABŞ yığması ilə qarşılaşacaq. Millimiz ötən gün ilk matçında İspaniyaya məğlub olub - 16:18.

ABŞ yığması Tokio-2020 Yay Olimpiya yunlarının qalibi olub, habelə dünya çempionatlarında 3 qızıl, 1 bürünc, Pan Amerika Oyunlarında 2 qızıl, Amerika Kubokunda 2 qızıl, 1 bürünc və gənclər arasında keçirilən Olimpiya Oyunlarında 2 qızıl, 1 bürünc medal qazanıb.

Matçın saat 23:30-da start götürməsi nəzərdə tutulub. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC