Avrokuboklarda mübarizəni dayandıran ilk klubumuz "Sumqayıt" oldu - YENİLƏNİB

Bu gün “Sumqayıt” Konfrans Liqasının III təsnifat mərhələsində cavab oyununa çıxıb.

Presssport.az xəbər verir ki, Samir Abasovun komandası Macarıstanda yerli “Fehervar”ın qonağı olub.

Matçda qapılara qol vurulmayıb. Halbuki, son 10 dəqiqədə meydan sahibləri futbolçusu zədələndiyinə və əvəzləmə limitini bitirdiyinə görə azlıqda qalmalı olub. Lakin təmsilçimiz bu say üstünlüyündən istifadə edə bilməyib və Sumqayıtda qələbə qazanan macarlar cütün qalibi olub. 

Yekunda cari mövsümdə avrokuboklarda mübarizəni dayandıran ilk klubumuz "Sumqayıt" olub. 

Konfrans Liqası, II təsnifat mərhələsi

Cavab oyunu

31 iyul

21:00. “Fehervar” – “Sumqayıt” - 0:0

Baş hakim: Kristoffer Karlsson

Baş hakimin köməkçiləri: Mikael Hallin, Markus Lundqren Klitte

Dördüncü hakim: Oscar Yonson

(Hakimlər briqadası İsveçdəndir)

Sekeşfehervar. “MOL Arena Şoşto” stadionu
İlk oyun - 2:1

"Fehervar": 22. Balaş Töt, 8. Boqdan Melnik, 21. Andras Huszti, 31. Nikola Serafimov, 14. Aron Ksonqvai (k), 7. Szabolş Şön, 77. Matyas Katona, 20. Tobias Kristensen, 27. Bence Bedi, 11. Nikolas Stefanelli, 19. Patrik Kovaş

Baş məşqçi: Tamaş Petö

"Sumqayıt": 1. Mehdi Cənətov, 8. Səbuhi Abdullazadə, 3. Slavişa Radoviç, 14. Elvin Bədəlov, 6. Vüqar Mustafayev (k), 7. Rövlan Muradov, 19. Roy Kehat, 11. Fernando Medeyros, 23. Cordan Rezabala, 10. Rəhim Sadıxov, 9. Nikola Vuynoviç

Baş məşqçi: Samir Abasov

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC