"Sabah"ın rəqibinin baş məşqçisinin Bakıdakı mətbuat konfransı və məşqi ləğv olundu

"Sabah"ın Konfrans Liqasının II təsnifat mərhələsində rəqibi olan Hayfa “Makkabi”sinin oyunöncəsi məşqi və baş məşqçisi Barak Baharın mətbuat konfransı ləğv olunub.

Bu haqda Presssport.az-a klubu mətbua xidmətinin rəhbəri Elnur Həmidov məlumat verib.

Bu, rəqibin hava reysinin yubanmasıyla bağlıdı. Nəticədə israillilər axşam hava limanından birbaşa qalacaqları “Hilton” otelinə yollanacaq. Baharın mətbuat konfransı saat 20:00-a, bundan 30 dəqiqə sonra isə məşqi nəzərdə tutulmuşdu.

Xatırladaq ki, "Sumqayıt"ın Konfrans Liqasında rəqibi olan Macarıstanın “Fehervar” klubu da eyni vəziyyətlə üzləşmişdi. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC