"Sumqayıt"ın futbolçuları fiziki cəhətdən çox güclü və keyfiyyətlidi" - "Fehervar"ın futbolçusu

Macarıstanın "Fehervar" klubunun futbolçusu Milan Peto Konfrans Liqasının təsnifat mərhələsinin II turunun “Sumqayıt”a qarşı keçirəcəkləri cavab oyunu (ilk oyun – 2:1) haqda fikirlərini bildirib.

Presssport.az xəbər verir ki, klubun rəsmi saytına danışan macar yarımmüdafiəçi ilk oyunda yaxşı rəqiblə oynadıqlarını və indi cavab görüşünə çıxacaqlarını söyləyib: "Sumqayıt"ın futbolçuları fiziki cəhətdən çox güclü və keyfiyyətlidi. Bu oyuna ilk görüşdəki kimi yanaşmaq vacibdi. Belə olan halda, evdə qalib gəlmək şansımız olacaq. Şəxsən mən bu matçı səbirsizliklə gözləyirəm. Çünki bu, cari mövsümdə ilk ev oyunumuzdu. Ümid edirəm ki, stadionda çoxlu azarkeş olacaq".

Xatırladaq ki, "Fehervar" - "Sumqayıt" matçı bu gün Sekeşfehervardakı "Sosto Arenada" Bakı vaxtı ilə saat 21:00-da keçiriləcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC