"Sabah" 3:0 irəlidə olsa da, evdə müdafiədə "oturmayacaq": "Futbolçularıma demişəm ki, eyforiyada olmaq lazım deyil"

"Sabah" Konfrans Liqası II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Bakıda "Makkabi"ni qəbul edəcək.

Pressport.az xəbər verir ki, Masazır təmsilçisinin baş məşqçisi Krunoslav Renduliç matçdan öncə keçirilən mətbuat konfransına qarşıdakı matç haqda fikirlərini bildirməklə başlayıb.

- Yeni mövsümdə evdə ilk oyunumuzdu. Çox təhlükəli rəqibə qarşı oynayacağıq. "Makkabi" mükəmməl komandadı. Səfərdə qalib gəlməyimizə baxmayaraq, hələ də onları favorit hesab edirəm. Qarşılaşmanın ilk hissəsi bitib. Hələ ikinci hissə var. "Makkabi"ni keçmək istəyiriksə, səfərdəkindən daha yaxşı oynamalıyıq.

- Səfərdəki qələbədən sonra futbolçuların eyforiyada olacağından qorxmursuz?

- Həftə ərzində oyunçularla bu barədə danışmışam. Onlara demişəm ki, eyforiyada olmaq lazım deyil. Hamımız dərk edirik ki, sabah bizi çox ağır oyun gözləyir. Amma hazırıq. Əlimizdən gələni etməliyik ki, mərhələni keçək.

- Sabahkı oyun üçün planınız nədir?

- Hər zaman belə düşünürəm ki, ən yaxşı müdafiə hücumdur. İlk saniyələrdən müdafiəni düşünsək, bizim üçün yaxşı olmayacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC