“Hamımızın hədəfi qrup mərhələsində olmaqdı" - "Sabah"ın legioneri

"Sabah"ın futbolçusu Cesse Sekidika Konfrans Liqası II təsnifat mərhələsinin "Makkabi" ilə cavab oyunundan öncə keçirilən mətbuat konfransında iştirak edib.

Presssport.az xəbər verir ki, təcrübəli nigeriyalı yarımmüdafiəçi öncə sabahkı qarşılaşmadan gözləntisini açıqlayıb: "Baş məşqçimiz hər şeyi dedi. Səfərdə 3:0 hesabı ilə qalib gəlməyimizə baxmayaraq, bizim üçün sabah çox çətin olacaq. Rəqibimiz mərhələni keçmək üçün əlindən gələni edəcək. "Makkabi" çox yaxşı komandadı. Amma biz də yaxşı komandayıq. Bilirik ki, rəqibə qarşı necə oynamaq lazımdı. İnanıram ki, mərhələni keçən tərəf biz olacağıq".

Maraqlıdı, Sekidikanın avrokuboklar üçün şəxsi hədəfin nədi? “Burda söhbət şəxsi hədəfdən getmir. Hamımızın hədəfi qrup mərhələsində olmaqdı. Vəzifəm qol vurmaq, assistlər etməkdi. Amma hər şeydən əvvəl komandanın uğurlu olmasıdı”.

Cesse keçən yay Coy-Lens Mikelsin gedişindən sonra yarımmüdafiənin sol cinahına alınmışdı. Mikels indi geri dönüb, Sekidika da yarımmüdafiənin mərkəzində çıxış edir. Afrikalı futbolçu bütün bunlar haqda düşüncələrini bölüşüb: “Əvvələr də yarımmüdafiənin mərkəzində oynamışam. Komandanın uğuru üçün hansı mövqedə lazımamsa, orda da oynamağa hazıram. Mikelsə gəlincə, mən gələndə o, burda yox idi. İndi birgə təlim-məşq toplanışında olduq və fikrimcə, meydanda tandemimiz yaxşı alınır”.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC