"Sabah da çox əziyyət çəkməli olacağıq" - İsmayıl İbrahimli

Zirə"nin futbolçusu İsmayıl İbrahimli Konfrans Liqası II təsnifat mərhələsinin "DAC 1904"lə cavab matçından öncə keçirilən mətbuat konfransında iştirak edib.

Presssport.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi qələbə qazanmaq üçün çox əziyyət çəkməli olduqlarını söyləyib: "Oyuna yaxşı hazırlaşmışıq. Rəqibin güclü və zəif tərəflərini bilirik. Onlar evdə yaxşı çıxış edir. Növbəti mərhələyə vəsiqə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Rəqibin heyətində yaxşı oyunçular var. İlk matçda qələbə üçün çox əziyyət çəkdik. Sabah da çox əziyyət çəkməli olacağıq".

Xatırladaq ki, “Zirə” Slovakiya təmsilçisini evdə 4:0 hesabıyla məğlub edib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC