Juninyo ilə Dzekonu birləşdirən nədi?

"Qarabağ"ın braziliyalı hücumçusu Olavio Juninyo Çempionlar Liqasının (ÇL) təsnifat mərhələsinin ilk 2 turundan sonra bombardirlər siyahısında TOP-5-liyə düşüb.

Presssport.az xəbər verir ki, siyahıya Farer adalarının "Klaksvik" klubunun futbolçusu Arni Frederiksberq başçılıq edir. 

Belə ki, 32 yaşlı hücumçu bu mövsüm ÇL-də keçirdiyi 4 matçda 5 dəfə rəqib qapılarına yol açıb.

İkinci yeri isə hərəyə 4 qol vurmuş (2 oyuna) "Fənərbaxça"nın hücumçusu Edin Dzeko ilə "Qarabağ"lı Juninyo bölüşdürür. Olavio ÇL-in II təsnifat mərhələsində "Linkoln"a (Cəbəllütariq) hər 2 matçda fərqlənib (1 qol və 1 het-trik).

Onu da bildirək ki, TOP-5-i hərəyə 3 qol vurmuş Xesus İmas ("Yaqelloniya" Polşa) və David Mikulesku (FKSB, Rumıniya) qapayır.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC