"Sumqayıt" fiziki cəhətdən çox güclü komandadı" - "Fehervar"ın baş məşqçisi

"Fehervar"ın baş məşqçisi Tamaş Peto Konfrans Liqasının II təsnifat mərhələsində "Sumqayıt"ı iki oyunun yekununda məğlub edərək növbəti mərhələyə yüksəlməkləri barədə danışıb.

Presssport.az xəbər verir ki, macar mütəxəssis təmsilçimizin fiziki cəhətdən çox güclü komanda olduğunu deyib: "Mərhələ adladığımız üçün çox şadam. Əvvəlcədən gözlədiyim kimi, çox çətin matç oldu. Rəqibimiz fiziki cəhətdən güclü komanda idi. Komandamda yorğunluq hiss etdim. Buna görə də çoxlu səhvlərə yol verdik. Az oyun keçirmişik. Oyunçuları rotasiya etməyə və komandanı yeniləməyə çalışdıq. Xoşbəxtlikdən, bir neçə mövqedə istifadə edə biləcəyimiz oyunçularımız var".

Xatırladaq ki, komandaların cavab görüşündə 0:0 hesabı qeydə alınıb. Macarıstan klubu "Sumqayıt"a ilk matçda qalib gəldiyi üçün (2:1) mərhələ adlayan tərəf olub. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC