"Zirə"yə 0:4 uduzan “DAC 1904” penalti zərbələrini də məşq edir: "Sübut etməliyik ki, Bakıdakı matçın nəticəsi böyük səhv olub"

Slovakiyanın “DAC 1904” komandasının baş məşqçisi Xisko Munyos Dunayska Strededə “Zirə”yə qarşı Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunu (ilk oyun – 0:4) haqda danışıb.

Presssport.az xəbər verir ki, ispaniyalı mütəxəssis bu gün onları vacib oyun gözlədiyini söyləyib “Oyun üslubumuzu göstərməli və sübut etməliyik ki, Bakıdakı matçın nəticəsi böyük səhv olub. Özümüzə inanmalı və başladığımız işə davam etməliyik. Hər birimiz əlavə səy göstərməliyik. Həmişə təfərrüatlara diqqət yetiririk. Buna görə penalti zərbələrini də məşq etmişik. Futbolçularıma güvənirəm və onların xarakter nümayiş etdirmələri, hər şeylərini vermələri vacibdi”.

Xatırladaq ki, "DAC 1904 - "Zirə" matçı "MOL Arena" stadionunda Bakı vaxtı ilə saat 22:30-da keçiriləcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC