"Makkabi"nin baş məşqçisi: "Çətin olacağını bilirik, amma inanırıq ki, "Sabah"a yaxşı hesabla qalib gələcəyik"

“Makkabi”nin baş məşqçisi Barak Bahar Konfrans Liqasının II təsnifat mərhələsində "Sabah"la oyun öncəsi fikirlərini bildirib.

Presssport.az klubun saytına istinadən xəbər verir ki, israilli mütəxəssis evdə 0:3 hesabıyla uduzduqları ilk matçda pis nəticə əldə etdiklərini xatırladıb: "Oyuna yaxşı başladıq. Lakin qarşılaşma irəlilədikcə matça nəzarəti itirdik. Bu, baş verməməli idi".

Hayfa klubunun təcrübəli çalışdırıcısı bütün həftə ərzində peşəkar şəkildə işlədiklərini, düzgün oynamaq, aqressiv olmaq üçün çalışdıqlarını vurğulayıb:" İnanırıq ki, “Sabah”a yaxşı hesabla qalib gələcəyik. Çətin olacağını bilirik, amma buna inanırıq. Burda çətinliklərin öhdəsindən gəlməyi və heyrətamiz işlər görməyi bilən bir klub var".

Xatırladaq ki, bu gün "Bank Respublika Arena"da keçiriləcək "Sabah" - "Makkabi" görüşü saat 20:00-da başlayacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC