Rövlan Muradov qol imkanlarından yararlana bilmədiklərinə görə təəssüflənir: "Bəzən şanslar oldu, bəzən də soyuqqanlılıq çatmadı"

“Hücumlar qururduq, əfsuslar olsun ki, imkanlardan yararlana bilmədik”.

Presssport.az xəbər verir ki, bunu "Sumqayıt"ın futbolçusu Rövlan Muradov Konfrans Liqasının II təsnifat mərhələsində yerli "Fehervar" komandası ilə cavab oyunundan sonra bildirib.

Yarımmüdafiəçi rəqibin müdafiəyə daha çox diqqət yetirdiyini söyləyib:

"Daha çox topa nəzarət etdik. Hücumlar qururduq, əfsuslar olsun ki, imkanlardan yararlana bilmədik. Bəzən şanslar oldu, bəzən də soyuqqanlılıq çatmadı. "Fehervar" səfərdə qələbə qazanmışdı. Hesabı qorumağa çalışırdılar. Müdafiəyə daha çox diqqət yetirirdilər".

Qeyd edək ki, "Fehervar" - " Sumqayıt" matçı 0:0 hesabı ilə yekunlaşıb. Evdə rəqibinə 1:2 hesabı ilə uduzan "gənclik şəhəri" təmsilçisi mübarizəni dayandırmalı olub (report.az).

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC