Şəhriyar Məmmədyarov dünyada 2 pillə irəlilədi

Beynəlxalq Şahmat Federasiyası (FIDE) avqust ayı üçün reytinq cədvəlini açıqlayıb.

Presssport.az xəbər verir ki, Azərbaycan təmsilçilərindən Şəhriyar Məmmədyarov (2733 xal) 2 pillə irəliləyərək 17-ci yerə yüksəlib.

Teymur Rəcəbov (2700) 33-cü sıradadı. Rauf Məmmədov isə "100-lük"dən kənarda qalıb.

Siyahıya norveçli Maqnus Karlsen (2832) başçılıq edir. 

Qadın təmsilçilərimizdən Günay Məmmədzadə (2441) 2 pillə irəliləyərək 31-ci yerdə qərarlaşıb. Bir pillə geriləyən Gövhər Beydullayeva (2412) 43-cü, 13 pillə geriləyən Xanım Balacayeva (2384) 60-cı,  21 pillə geriləyən Ülviyyə Fətəliyeva (2369) isə  72-cidir.

Siyahıya çinli Yifan Hou (2633) başçılıq edir. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC