"Zirə" Slovakiyada da qalib gəldi

Bu gün "Zirə" Konfrans Liqasının II təsnifat mərhələsində cavab oyununa çıxıb.

Sportal.az xəbər verir ki, qəsəbə təmsilçisi Slovakiyada "DAC 1904"ün qonağı olub.

Rəqibi üzərində yenə qələbə qazanan Rəşad Sadıqovun komandası III təsnifat mərhələsinə vəsiqə qazanıb. Burda rəqib "Osiyek" (Xorvatiya) - "Levadiya" (Estoniya) cütünün qalibi olacaq. Zirəlilər ilk oyunu səfərdə keçirəcək.

1 avqust

22:30. “DAC 1904” - “Zirə” - 1:2

Qollar: A. Qarsiya, 40 -  R.Utsiq, 25, Q.Alıyev, 57-pen

Qırmızı vərəqə: R. Yapi, 56 (birbaşa)

Baş hakim: Jovan Kachevski 

Baş hakimin köməkçiləri: Slagjan Markoski, Branko Putilin 

Dördüncü hakim: İvana Projkovska (Hakimlər briqadası Şimali Makedoniyadandır)

Dunayska Streda. “MOL Arena” stadionu

İlk oyun - 0:4

"DAC 1904": 41. Alkesandr Popviç, 91. Romarik Yapi, 33. taras Kaçaraba, 16. mateus Brunetti, 8. Milan Dimun, 24. Kristian Herç, 6. Mahmudu Baxo, 18. Aleks Mendes, 99. Ladislav Almasi, 46. Matey Trusa

Baş məşqçi: Xisko Munyos

"Zirə": 97. Tiaqo Silva, 70. İsssa Cibrilla, 3. Anje Mutsizni, 4. Ruan Renato, 32. Qismət Alıyev, 8. İsmayıl İbrahimli, 21. Hacıağa Hacıyev, 11. Rüstəm Əhmədzadə, 90. Davit Volkov, 23. Rafael Utsiq, 29. Ceyhun Nuriyev

Baş məşqçi: Rəşad Sadıqov

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC