Ruslan Abışov yenidən Kurban Berdıyevin komandasında - RƏSMİ

Azərbaycan milli komandasının sabiq futbolçusu Ruslan Abışov məşqçiliyə başlayıb.

Presssport.az xəbər verir ki, veteran müdafiəçi "Turan Tovuz"da çalışacaq. 

Bu barədə Premyer Liqa klubunun mətbuat xidməti məlumat yayıb.

37 yaşlı məşqçi ilə 1 illik müqavilə imzalanıb. 

Milli komandamızda 56 oyun keçirmiş Ruslan, Kurban Berdıyevin məşqçilər korpusunda yer alacaq.

Xatırladaq ki, Abışov futbolçu karyerası dövrüdə Berdıyevin rəhbərliyi altında Rusiyanın "Rubin" klubunda oynayıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC