Paris-2024: Kotsoyev finala çıxdı

Azərbaycan cüdoçusu Zelim Kotsoyev Paris-2024 Yay Olimpiya Oyunlarında uğurlu çıxışını davam etdirir.

Presssport.az xəbər verir ki, bu gün mübarizəyə qoşulan, 100 kq. çəki dərəcəsində mübarizə aparan milliləşdirilən osetiyalı legionerimiz yarımfinalda özbəkistanlı Muzaffarbek Turoboyevlə görüşüb və qalib gələrək finala yüksəlib. 

Dünya reytinqində 1-ci olan Zelim finalda Gürcüstanı təmsil edən İlya Sulamanidze ilə üz-üzə gələcək. Maraqlıdı ki, onun budəfəki rəqibi reytinqdə 2-ci olaraq ən yaxın izləyicisidi.

Xatırladaq ki, Azərbaycan Paris-2024-ün cüdo yarışlarına 9 idmançı ilə qatılıb. Onlardan 7-si mübarizəni artıq başa vurub və yalnız Hidayət Heydərov medal (qızıl) qazanıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC