Paris-2024: Boks millimiz ilk medalı təmin etdi

Paris-2024 Yay Olimpiya Oyunlarının boks yarışları davam edir.

Presssport.az xəbər verir ki, Azərbaycan boksçusu Alfonso Dominqes (92 kq) bu gün 1/4 final çərçivəsində Aybek Oralbayla (Qazaxıstan) qarşılaşıb. 

Tokio-2020-nin bürünc medalçısı rəqibinə 3:2 (28:29, 29:28, 28:29, 29:28, 29:28) hesabı ilə qalib gəlib.

Bununla da ardıcıl 2-ci qələbəsini qazanan Alfonso yarımfinala vəsiqə ilə özü üçün ən azı bürünc medalı təmin edib. O, finala vəsiqə uğrunda İspaniyanı təmsil edən həmyerlisi - kubalı Enmanuel Reyes Pla ilə üz-üzə gələcək. Bu döyüş avqustun 4-də olacaq.

Xatırladaq ki, 1/4 finala yüksələn digər boksçumuz Murad Allahverdiyev (80 kq) sabah rinqə çıxacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC