Renduliç müdafiədə çox pis oynadıqlarını etiraf etdi: "Namiqdən soruşdum ki, penaltini vurmaq istəyirsən, “yox” dedi"

"Sabah" Konfrans Liqası II təsnifat mərhələsinin cavab oyununda "Makkabi"ni penaltilər seriyasında məğlub edərək növbəti raunda yüksəlib.

Presssport.az xəbər verir ki, Masazır təmsilçisinin baş məşqçisi Krunoslav Renduliç matçdan sonra keçirilən mətbuat konfransına görüş haqda danışmaqla başlayıb

- İlk olaraq onu demək istəyirəm ki, bugünkü oyundan qabaq heç kəs bizə bir faiz də şans vermirdi. İlk anlardan inanırdım ki, maksimumumuzla oynasaq, mərhələni keçə bilərik. Səmimi deyim ki, "Makkabi" bu gün bizdən daha yaxşı idi. Bir oyunda favorit olan komandaya qalib gələ bilərsən. Ancaq iki matçda favorit komandaya qalib gəlmək çox çətindi. Lakin bunu etdik. Oyunçularımı təbrik edirəm - qəhrəmandılar, aslanlar kimi döyüşdülər. Nəticədə də güclü rəqibə qalib gələrək mərhələ adlamağa layiq idik.

- Qalib mühakimə etməzlər. Mən də etmirəm. Bəs, siz buraxdığınız 6 qola görə özünüzü mühakimə edirsiz?

- Altı qol buraxmışıq, amma biz də altı qol vurmuşuq. Bu, 2 matçda oldu və yekunda mərhələni keçdik. Heç kəs mərhələdən öncə rəqibi keçəcəyimizə şans vermirdi.

- Demişdinizz ki, "Makkabi" oyunun favoritidir. Rəqibi keçməyinizə nə səbəb oldu?

- Buna inanırdıq. Oyundan öncə komandama inanırdım. Məğlubedilməz komanda yoxdu. "Real" da uduzur. Niyə də uduzmasın?

- Bayaq dediz ki, "Makkabi" ilə görüşdən əvvəl bizə bir faiz şans verilmirdi. Bəs, növbəti mərhələdə favorit sizsiz?

- Sabahdan etibarən rəqib haqda fikirləşəcəyik.

- Müdafiə xəttində problemlər olduğu görünürdü. Növbəti mərhələdə bu yöndə işlər görəcəksiz? Transfer edəcəksiz?

- Müdafiəni sadəcə arxada oynayan 4 futbolçuya bağlamaq istəmirəm. Bütün komanda müdafiə olunmalıdı. Bu gün müdafiədə çox pis idik. Ən azından 1 müdafiəçi gətirmək istəyirik. Çünki 3 “cəbhə”də mübarizə aparacağıq. Bu haqda düşünürük.

- Penaltilər seriyasında 5ci zərbəyə Namiq Ələsgərovun adını qeyd etmişdiz?

- Keçən il keçən ildə qalıb. Öncəki klubumda da belə hallar yaşanmışdı. Namiqdən soruşdum ki, penaltini vurmaq istəyirsən, “yox” dedi. Beşinci penaltini Boyan Letiç vuracaqdı.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC