Rəşad Sadıqov Olimpiadada 2-ci qızıl medalımıza görə çox qürurvericidi: "Komandam ilk dəqiqələrdən son saniyəyə kimi oyun intizamından “qopmadı”

"Zirə" Konfrans Liqası II təsnifat mərhələsinin cavab oyununda "DAC 1904"ü məğlub edərək növbəti raunda yüksəlib.

Presssport.az xəbər verir ki, "qartallar"ın baş məşqçisi Rəşad Sadıqov Slovakiyadakı matçdan sonra keçirilən mətbuat konfransına ümumi fikirlərini bildirməklə başlayıb.

- Bu gün Olimpiya Oyunlarında ikinci qızıl medalımızı əldə etdik. Çox qürurvericidi. Daha sonra Konfrans Liqasında mərhələ adlayan "Sabah"ı təbrik edirəm. Çox güclü rəqibi keçdilər. Sonda futbolçularıma təşəkkür edirəm. Ağır səfərdən çox vacib qələbə ilə dönürük. Komanda ilk dəqiqələrdən son saniyəyə kimi oyun intizamından “qopmadı”.

- "Şerif"lə matçdan sonra komandada psixoloji cəhətdən nəyi dəyişdiniz?

- "Şerif"lə oyunda da qırmızı vərəqəyə qədər hər şey qaydasında idi. Nəyisə dəyişməmişik, eyni iş rejimi ilə davam edirdik. Psixoloji cəhətdən futbolçulara deyirdim ki, son illərdə 7 dəfə avrokubokların qrupunda oynamış komandanı səfərdə məğlub etmişik, evdə qırmızı vərəqə alana qədər hesabda öndə olmuşuq. Avrokuboklarda bir əksik özünü çox hiss etdirir. Futbolçulara real vəziyyəti izah etməyə çalışırdım.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC