Yusif İmanov "lotereya"da seçdiyi strategiyanı açıqladı: "Bir gün əvvəl uşaqlara demişdişdim ki, penalti qaytaracam"

"Sabah"ın qolkiperi Yusif İmanov Konfrans Liqasının II təsnifat mərhələsinin "Makkabi"(Hayfa) ilə görüşündən sonra müsahibə verib.

İmanov Presssport.az-ın da iştirak etdiyi brifinqdə komandasının uğurlu çıxışını dəyərləndirib.

- "Makkabi" ilə mərhələni adlaya bildiniz matçı necə dəyərləndirərdin?

- Oyun göründüyü kimi, çox çətin keçdi. Dəhşətli dərəcədə temp var idi. Ən çox azarkeşlərə təşəkkür etmək istəyirəm ki, bizi tək qoymadılar. 120 dəqiqə bizə dəstək oldular, təşəkkür edirəm.

- Altı qol buraxsan da, bir neçə real qol epizodundan komandanı xilas etdin. Özün üçün uğurlu oyun oldu?

Əlimdən gələni etməyə çalışdım. Bəzi epizodları da çıxara bilərdim. Amma oyun şansı, qismət olmadı.

- “Lotereya" sayılan penalti seriyası çox həyəcanlı keçdi?

Özümə inanmışdım. Hətta bir gün əvvəl uşaqlara demişdim ki, penalti qaytaracam. Qismət oldu ki, bir zərbənin qarşısını aldım.

- Xüsusi məqam var idi ki, yalnız özündən sol tərəfə tullanırdın?

Bəli. O strategiyanı seçmişdim ki, yalnız bir istiqamətə tullanacam. 

- Komanda yoldaşlarından narazılığın görünürdü ki, rəqibə zərbə vurmağa imkan verirdilər. Həmin anları necə xatırlayırsan?

Rəqib daha aqressiv başlamışdı. Uşaqlarla danışmışdıq ki, arxaya “oturmaq” lazım deyil. Bacardığımız qədər rəqibi qabaqda qarşılamaq lazımdı. Amma gördüm ki, alınmır və arxaya oturmuşuq. Komandanı motivasiya etmək üçün qışqırırdım ki, qabağa çıxsınlar.

- İkinci hissədə ardıcıl qollar buraxanda bədbinliyə qapılmadız?

Xeyr. Sadəcə, bir az oldu. Şükür Allaha ki, ayıla bildik. 

- Növbəti mərhələdə rəqib "Sent-Patriks"dir. Bu rəqiblə duel haqda nə düşünürsən?

Əlimizdən gələni edəcəyik.

- "Makkabi" daha güclü idi, indi isə İrlandiya təmsilçisi ilə qarşılaşacaqsınızz. Yəqin ki, indi daha asan olacaq? Favoritsiniz?

Fərqi yoxdu. Heç vaxt kağız üzərində hansı komandanın favorit olmasına fikir vermirəm. "Makkabi" kağız üzərində favorit idi, amma mərhələni biz adladıq. Növbəti oyunda da əlimizdən gələni edəcəyik.

- Çempionat da başlayır. İşiniz çətin olacaq?

İnanmıram. Uşaqlar daha da motivasiya olar və eyni qaydada hazırlaşarıq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC