İrlandiyalı futbolçu "Sabah"a qiymət verdi: "Bilirəm ki, bu klub yüksək maaş verib, yaxşı futbolçular cəlb edə bilər"

İrlandiyanın "Sent Patrik Atletik" klubunun futbolçusu Zakari Elbuzedi "Sabah"a qarşı Konfrans Liqasının III təsnifat mərhələsinin qarşıdakı oyunları haqda danışıb.

Presssport.az xəbər verir ki, Dublin təmsilçisi aparıcı futbolçusu təmsilçimiz haqda məlumatlı olduğunu gizlətməyib: "Sabah"dan lüksemburqlu Vinsent Tilli tanıyıram. Buna görə də rəqib komanda haqqında bir az təsəvvürüm var. Yüksək səviyyəli komandadı. İnsanlar düşünə bilər ki, bura Azərbaycan klubu olduğu üçün bizə asan olacaq. Amma bu, doğru deyil. Rəqibimizin çoxlu səviyyəli futbolçusu var".

26 yaşlı cinah yarımmüdafiəçisi "Sabah"ın yaxşı büdcəyə malik olmasından da xəbərdardı: "Bilirəm ki, bu klub yüksək maaş verib, yaxşı futbolçuları komandaya cəlb edə bilər. Qarşılaşmalar asan olmayacaq, amma özümüzə inanırıq".

Xatırladaq ki, adıçəkilən komandalar arasında ilk matç avqustun 8-də İrlandiya paytaxtında olacaq. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC