"Sabah" və "Zirə"nin Konfrans Liqasında oyunlarının başlama saatları açıqlanıb

Konfrans Liqasının III təsnifat mərhələsinə vəsiqə qazanan "Sabah" və “Zirə”nin oyunlarının başlama saatları açıqlanıb.

Presssport.az xəbər verir ki, "Sent-Patriks Atletik” ilə Dublində qarşılaşacaq "Sabah"ın ilk matçı Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.

Bundan 1 həftə sonra "Bank Respublika Arena"da rellaşacaq cavab qarşılaşması isə 20:00-da başlayacaq.

Xorvatiyanın "Osiyek" klubu ilə üz-üzə gələcək "Zirə" də ilk oyununa səfərdə çıxacaq. Osiyekdəki görüşün başlama saatı Bakı vaxtı ilə 22:00-da təyin olunub. Avqustun 15-i "Dalğa Arena"da keçiriləcək cavab matçının start fiti isə 20:30-da səslənəcək.

Xatırladaq ki, hər iki təmsilçimizin ilk oyunları avqustun 8-i, cavab qarşılaşmaları isə avqustun 15-i gerçəkləşəcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC