Yeni çempionat "Qarabağ"ın darmadağınıyla başladı

Bu gün Misli Premyer Liqasında yeni -  2024/25 mövsümünə start verilib. 

Presssport.az xəbər verir ki, ilk oyun günündə 1 matç keçirilib.

Belə ki, “Araz-Naxçıvan” bu mövsüm də ev oyunlarını keçirəcəyi Mərdəkanda son çempion “Qarabağ”ı qəbul edib. Qurban Qurbanovun komandası startda böyükhesablı səfər qələbəsi qazanıb. 

Xatırladaq ki, turun digər görüşləri şənbə və bazar günü keçiriləcək. 

Misli Premyer Liqası

I tur

2 avqust (cümə)

20:00. “Araz Naxçıvan” – “Qarabağ” - 1:4 

QOLLAR: N.Rodriges, 86 - R.Cica, 6, R.Almeyda, 9, H.Keyta, 47, A.Hüseynov, 88

Qırmızı vərəqə: E.Cəfərquliyev, 78

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamran Əliyev

VAR: Rəşad Əhmədov

AVAR: Eyyub İbrahimov

Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Erkin Hüseynov
Bakı. "Liv Bona De Arena" stadionu

Araz-Naxçıvan”: 94. Tərlan Əhmədli, 34. Urfan Abbasov (k), 3. Bəxtiyar Həsənalızadə, 26. Ömər Buludov, 16. Ramon Maçado, 29. Vanderson Melo, 8. Karlos Jatoba, 14. Miço Kuzmanoviç, 4. İqor Ribeyro, 97. Felipe Santos, 10. Bernardo Dias

 

Ehtiyat oyunçular: 12. Kristian Avram, 1. Vüsal Şabanov, 6. Vadim Abdullayev, 7. Ülvi İsgəndərov, 22. Elçin Mustafayev, 20. Turan Vəlizadə, 88. Tuqay Əlizadə, 11. Bayraməli Qurbanov, 23. Nuno Rodriqes

Baş məşqçi: Elmar Baxşıyev

“Qarabağ”: 1. Şahrudin Məhəmmədəliyev, 20. Riçard Almeyda, 55. Bədavi Hüseynov (k), 30. Abbas Hüseynov, 24. Aleksey İsayev, 44. Elvin Cəfərquliyev, 90. Nəriman Axundzadə, 66. Patrik Andrade, 17. Hamidu Keyta, 2. Mateus Silva, 19. Redon Cica

Ehtiyat oyunçular: 97. Fabian Buntiç, 12. Sadiq Məmmədzadə, 13. Bəhlul Mustafazadə, 27. Toral Bayramov, 29. Marko Veşoviç, 10. Abdullah Zubir, 81. Kevin Medina, 7. Yassin Benzia, 8. Marko Yankoviç, 18. Olavio Juninyo, 6. Julio Romao, 15. Leandro Andrade

Baş məşqçi: Qurban Qurbanov

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC