"Kəpəz"in yeni formaları təqdim olunub

"Kəpəz"in yeni mövsüm üçün oyun formaları təqdim olunub.

Presssport.az xəbər verir ki, geyimlər ənənəvi olaraq klubun rənglərinə uyğun - sarı və göy rəngdədi.

Bu dəfə fərqli dizayn edilən formalar yaxalıqlıdı. Formaların üzərində klubun loqosu, həmçinin futbolçuların adı və ya soyadı əks olunub.

Bundan əlavə bu mövsümdən "Kəpəz"ə tibbi dəstək verən Gəncə Memorial Hospital və su təminatını qarşılayan “Aqua Life Qax” sularının adı və loqosu formaların üzərində yer alıb.

Onu da bildirək ki, geyimlər İspaniyanın tanınmış "Joma" firmasının istehsalıdır.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC