Baxşıyev məğlubiyyətinin səbəbini qapıçısında görmür: "Bu gün Zaur Axundovun açıqlaması yox, "Qarabağ" təzyiq göstərirdi"

"Araz-Naxçıvan" Misli Premyer Liqasının I turunda öz meydanında "Qarabağ"a 1:4 hesabı ilə məğlub olub. 

Presssport.az xəbər verir ki, Muxtar Respublika təmsilçisinin baş məşqçisi Elmar Baxşıyev oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandıraraq öncə qarşılaşma haqda düşüncələrini bölüşüb:

- Düşündüyümüz elementlər var idi, toplanışda komanda bizə onu göstərirdi. Bu gün "Qarabağ" bunları göstərməyə imkan vermədi. İlk oyundur. Biz də bilirik ki, çox sayda yeni oyunçumuz var. İnanıram ki, turlar keçdikcə daha məzmunlu oyun və daha oturuşmuş komanda görəcəyik. 

- Zaur Axundovun açıqlaması üzərinizdə təzyiq yaradır? 

- Bu gün o açıqlama yox, "Qarabağ" təzyiq göstərirdi. Onların təzyiqindən çıxa bilmədik. Bura özüm gəlməmişəm, Zaur Axundovun təşəbbüsü ilə burdayam. Futbol həyatıdı, işimizə davam edirik. Üzərimizə düşəni edirik. Gələcəkdə nə olacaq, zaman göstərəcək. 

- Kuryoz qol futbolçularınıza psixoloji təsir etdi? 

- Bu cür səhvlərdən heç kəs sığortalanmayıb. Tərlan Əhmədli inamlı qapıçıdı. Qarşıdakı oyunlarda ona yenə şans verəcəyik. Bu gün məğlubiyyətimizin səbəbi Tərlan deyildi. Komanda olaraq oyunumuz alınmadı. Əlbəttə ki, qol da təsir etdi. İkinci qol da “rikoşet”dən alındı. "Qarabağ"a qarşı oyunu dəyişmək çətindi. Komanda pozitivdi, sağlamdı. İnanıram ki, qarşıdakı oyunlarda yaxşı "Araz-Naxçıvan" görəcəyik.

 - "Qəbələ"də baxımlı futbol oynatmısınız. Təzyiqləri nəzərə alsaq, baxımlı oyun fikrindən dönmək ehtimalı var? 

- Müasir futbolda sırf müdafiə futbolu anlayışı yoxdu. Komanda hər iki fazada effektiv ola bilir. Yığdığımız oyunçular da daha çox hücumameyilli oyunçulardı. Yenə də öz fikrimiz, istiqamətimiz var. Onunla da gedəcəyik. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC