"Qarabağ" rəsmiləri Suraxanı Rayon İcra Hakimiyyətinin yeni başçısı ilə görüşüb

"Qarabağ"ın baş direktoru Əmrah Çəlikəl və İdarə Heyətinin üzvü Asif Əsgərov Suraxanı Rayon İcra Hakimiyyətinin yeni başçısı Adil Əliyevlə görüşüb.

Presssport.az Ağdam təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, görüş İcra Hakimiyyətinin binasında baş tutub.

"Köhlən atlar"ın davamlı uğurlarından bəhs edən Əliyev “Qarabağ”ın oyunlarını maraqla izlədiyini və göstərdiyi futboldan zövq aldığını bildirib. İcra başçısı vurğulayıb ki, iş qrafiki imkan verdikcə "Qarabağ"ın görüşlərində iştirak edəcək və hər zaman dəstəkləyəcək. 

Klub rəsmiləri Əliyevi yeni vəzifəyə təyin olunması ilə bağlı təbrik edib, ona uğurlar arzulayıb. Görüşün sonunda Çəlikəl icra başçısına “Qarabağ”ın formasını hədiyyə edib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC