Qurban Qurbanov "Azərsun Arena"da, Georgi Dermendzhiev "Tofiq Bəhramov"da

Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək "Qarabağ" - "Ludoqorets” (Bolqarıstan) matçından öncə təşkil ediləcək mətbuat konfransları və media nümayəndələri üçün açıq məşqlərin vaxtları məlum olub.

Presssport.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı avqustun 5-i saat 17:45-də “Azərsun Arena”da baş tutacaq. 18:15-də media nümayəndələri üçün açıq məşq (İlk 15 dəqiqə) keçiriləcək.

Qonaq komandanın açıq məşqi saat 20:00-da, baş məşqçi Georgi Dermendzhievin mətbuat konfransı isə 19:30-da Tofiq Bəhramov adına Respublika stadionunda reallaşacaq.

Xatırladaq ki, avqustun 6-da keçiriləcək “Qarabağ” – “Ludoqorets” görüşü saat 20:00-da başlayacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC