"Kəpəz"dən "Zirə"yə 3-cü transfer - bu dəfə sabiq "Verder"li

“Zirə” "Kəpəz"dən ayrılan daha bir futbolçu ilə anlaşıb.

Presssport.az paytaxt təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Georgi Papunaşvilini heyətə qatıblar.

Gürcüstanlı yarımmüdafiəçiylə "1+1" illik müqavilə bağlanıb.

28 yaşlı futbolçu həmçinin karyerası ərzində ölkəsinin “Dinamo”(Tiflis), “Telavi”, «Samtredia”, “Torpedo” (Kutaisi) Almaniyanın “Verder”, İspaniyanın “Saraqosa”, “Rasinq”, Kiprin “Apollon”, Serbiyanın “Radniçki” klublarında çıxış edib. 

Papunaşvilinin son klubu “Kəpəz” olub. Gürcüstan millisinin də şərəfini qorumuş futbolçu yığmada 17 matçda 3 dəfər fərqlənib.

Xatırladaq ki, "Zirə" daha əvvəl "Kəpəz"dən ayrılan müdafiəçi Elçin Əlicanov və yarımmüdafiəçi Martins Junioru heyətinə qatıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC