Qriqorçukla Berdıyev qolsuz başladılar, xal qazandılar

Bu gün Misli Premyer Liqasında 2024/25 mövsümünün ilk turunun 2-ci oyun günüdü. Pressport.az xəbər verir ki, günə paytaxtda turun mərkəzi matçıyla start verilib. 

Belə ki, "Neftçi" "Turan Tovuz"u qəbul edib.

Bu oyun həm də hər iki komandanın yeni baş məşqçiləri - müvafiq olaraq ukraynalı Roman Qriqorçuk və türkmənistanlı Kurban Berdıyevin rəhbərliyi altında ilk rəsmi matçları olub Berdıyev ümumiyyətlə, Azərbaycan çempionatında debüt edibsə, bir vaxtlar “Qəbələ”ni çaışdırmış Qriqorçukun 6 ildən sonra qayıdışı baş tutub.

Komandaların səylərinə baxmayaraq, 90 dəqiqə ərzində qol vurulmayıb.

3 avqust (şənbə)

18:30. “Neftçi” – “Turan Tovuz”- 0:0
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Kamranbəy Rəhimov
VAR: Cavid Cəlilov
AVAR: Müslüm Əliyev
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Elgiz Abbasov
Bakı. “Neftçi Arena” stadionu

"Neftçi": 93. Rza Cəfərov, 10. Filip Ozobiç, 8. Emin Mahmudov (k), 3. Höccət Haqverdi, 90. Ramil Şeydayev, 14. Edvin Kuç, 4. Mark Tamaş, 44. Yuri Matias, 9. Andre Şinyaşiki, 99. Ervin Koffi, 88. Andrey Ştoqrin

Ehtiyat oyunçular: 1. Emil Balayev, 95. Rəvan Kazımov, 2. Qara Qarayev, 17. Rəhman Hacıyev, 19. Azər Salahlı, 7. Azər Əliyev, 13. Emil Səfərov, 23. Robert Bauer, 11. Kilan Lebon, 20. Alfa Konte, 77. Yeqor Boqomolski

Baş məşqçi: Roman Qriqorçuk

"Turan Tovuz”: 1. İvan Konovalov, 4. Şəhriyar Əliyev (k), 10. Xəyal Nəcəfov, 8. Tural Bayramlı, 88. Faiq Hacıyev, 44. Rüfət Əhmədov, 9. Kristian da Silva, 23. Alexandro Serrano, 15. Emmanuel Hakman, 25. Denis Marandiçi, 80. Otto Con

Ehtiyat oyunçular: 41. Sergey Samok, 71. Mehman Hacıyev, 39. Sadiq Quliyev, 33. Eltun Turabov, 77. Veysəl Rzayev, 99. Sadiq Şəfiyev, 70. Məzahir Məmmədzadə, 3. Raul Məmmədov, 20. İbrahim Ramazanov, 11. Ayxan Quseynov

Baş məşqçi: Kurban Berdiyev

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC