"Turan Tovuz" daha bir "sambaçı"nı yola salır

Yeni mövsüm öncəsi müdafiəçi Bruno Qonçalveslə müqaviləsini pozan “Turan Tovuz” daha bir braziliyalı legioneriylə yollanır.

Klubdan Presssport.az-a verilən məlumata görə, Misli Premyer Liqasının ilk turunda "Neftçi"ylə səfər matçında adı protokola daxil edilməyən braziliyalı hücumçu Luis Paçu hələ ki yeni mövsümə sifariş olunmayıb.

Onunla bağlı bağlı yekun qərarı baş məşqçi Kurban Berdiyev verəcək və bunun göndərilmə qərarı olacağını indidən demək olar.

Tovuzluların digər braziliyalı hücumçusu Aleks Souza da "Neftçi Arena"dakı oyunu kənardan izləyir. Bu “sambaçı” isə zədəli olduğundan heyətdə deyil.

Onu da bildirək ki, panamalı müdafiəçi Roderik Miller xəza üzündə bu gün meydana çıxa bilməyib. Bu da onun keçən mövsüm aldığı qırmızı vərəqəyə görə cəzasının 1 oyununun qalmasıdı. O, Tovuzda ilk matçda - II turda “Sumqayıt”la ev matçında oynaya biləcək.

Xatırladaq ki, "Neftçi Arena"da ilk hissədən sonra hesab açılmayıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC