Berdıyev debütündə heç-heçədən razı qalmayıb: "Heyətimizdən asılı olmayaraq, hədəflərimiz maksimumdu"

"Turan Tovuz" Misli Premyer Liqasının I turunda səfərdə "Neftçi" ilə qolsuz heç-heçə edib.

Presssport.az xəbər verir ki, Qərb təmsilçisinin yeni baş məşqçisi Kurban Berdıyev matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandıraraq ilk olaraq görüş haqda danışıb.

- Oyunun çətin olacağını ehtimal edirdik. "Neftçi" çox yaxşı komandadı. Bu oyun bizim çatışmayan cəhətlərimizi göstərdi. Hansı istiqamətlərdə çalışmalı olduğumuzu bildik. Amma ümumi olaraq futbolçularımın performansından razı qaldım. Oyunboyu epizodlarda maksimum oynadılar.

- Çatışmazlıqları dediz. Hansı məqamların üzərində işləməlisiz?

  • Hücum fazasında məqamları qeyd edərdim. Uşaqlar necə oynamaq lazım olduğunu bilirlər. Yəqin ki, zamanla bunun öhdəsindən gələcəklər. Çox da böyük çatışmazlıq deyil.

- Deyəsən, nəticədən narazısınız. Amma "Neftçi" ilə səfərdə heç-heçə etmək pis nəticə deyil...

- Hər şeyi yaxşı anlayıram. Dediyim kimi, "Neftçi" yaxşı komandadı. Amma daha çoxuna ümid edirdik. Maksimum hazırlaşmışdıq. Hücumda oyunçular bacardığı və bildiyi kimi düzgün oynasaydı, hər şey başqa cür olardı.

- Son 10 dəqiqədə yorğunluq aşkar hiss olunurdu. Bunu nə ilə izah edərdiniz?

- Bu, təbii haldır. "Neftçi"nin oyunçuları yoruldu, bizimkilər də. Yorğunluğun olması təbiidi.

- Qarşılaşmadan əvvəl "Neftçi"ni təhlil edərkən hansı detalları nəzərə almışdız?

- Hər komandanın çatışmazlıqları var, o cümlədən bizim Bəzi anlar yaxşı alınırdı, əsasən də Ayxan Qyseynovun epizodlarında. Bəzi epizodlarda alınmadı. "Neftçi" haqda bilirik, amma buna şərh vermirik. Bağışlayın, sadəcə, belədi.

- Stadiondakı atmosfer necə idi? Ot örtüyü rolunu oynadı?

- Atmosfer yaxşı idi. Azarkeşlərimizə təşəkkür edirik ki, bizə dəstək olmaq üçün gəlmişdilər. Qazona gəlincə, hər iki komanda üçün eyni idi.

- Böyük titullar qazandığınızı bilirik. Kurban Berdıyevin "Turan Tovuz"dakı hədəfi nədən ibarət olacaq?

- Hədəflərimiz maksimumdu - heyətimizdən asılı olmayaraq.
 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC