Şükürov qarşıya qoydquları hədəflərinə görə təəssüflənir: "Transferlərə ehtiyacımız var"

"Kəpəz" Misli Premyer Liqasının ilk turunda səfərdə "Sumqayıt"a 0:2 hesabı ilə məğlub olub.

Presssport.az xəbər verir ki, Gəncə təmsilçisinin baş məşqçisi Adil Şükürov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandıraraq əvvəlcə matç haqda fikirlərini bölüşüb:

- Yeni komanda qururuq. Bizim üçün vaxt lazım olacaq və bilirik ki, bu, yoxdu. Hər şeyi daha sürətli etməliyik. Qarşıda bizi uzun marafon gözləyir. İnanıram ki, komanda daha baxımlı futbol oynayacaq.

- Komandanız yenə autsayder hesab olunur. Çətin olmayacaq?

- Bizi ən çox narahat edən odur ki, yenidən komanda formalaşdırırıq. Digərləri formalaşmış komandanı gücləndirir. Futbolçuların çempionata uyğunlaşması bir az vaxt alır. Təəssüflər olsun ki, bu il də hədəfimiz Premyer Liqada qalmaqdı.

- Yeni transferlər gözlənilir?

- Danışıqlar apardığımız futbolçular var. Transferlərə ehtiyacımız var. Rəhbərliklə bu barədə danışmışıq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC