“Qarabağ”la oyuna qədər nəyi yaxşılaşdırmaq lazım olduğunu bilirik" - "Ludoqorets"in legioneri

Bolqarıstanın “Ludoqorets” klubunun futbolçusu Son ölkə çempionatında “Arda” üzərində qələbəni (5:1) şərh edib.

Presssport.az xəbər verir ki, “Qarabağ”a qarşı Çempionlar Liqasının təsnifat mərhələsinin 3-cü turundakı oyuna da toxunan Razqrad təmsilçisinin tam adı Fransisko Xavyer Hidalqo 30 yaşlı ispaniyalı müdafiəçi Bakı səfəri öncəsi durumlarını açıqlayıb: “Qələbə qazanmaq bizim üçün çox vacib idi. Çünki son bir neçə matçda öz oyunumuzu tapa bilmirdik. Yaxşı oyun nümayiş etdirdik. Bu da komandaya lazım idi. “Qarabağ”la oyuna qədər nəyi yaxşılaşdırmaq lazım olduğunu bilirik. “Qarabağ”ın güclü olduğunu biz də bilirik. Bu komanda güclü rəqibdi. Hər şeyə hazırıq”.

Xatırladaq ki, "Qarabağ" - "Ludoqorets" matçı avqustun 6-da Tofiq Bəhramov adına Respublika stadionunda saat 20:00-da keçiriləcək. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC