Paris-2024: Alfonso Dominqes finala yüksəldi, Azərbaycan boks tarixinə düşdü

Azərbaycan boksçusu Alfonso Dominqes Paris-2024 Yay Olimpiya Oyunlarında finala yüksəlib.

Presssport.az xəbər verir ki, o, yarımfinalda Enmanuel Reyes Pla (İspaniya) ilə görüşüb. 

Döyüş boksçumuzun üstünlüyü ilə keçib. Hər 3 raundu aktivinə yazan Dominqes Fransa paytaxtında ardıcıl 3-cü qələbəsini qazanıb – 4:1 (28:29, 29:28, 29:28, 29:28, 30:27).

Bununla da Dominqes finala vəsiqə qazanıb. Həlledici görüş avqustun 9-da baş tutacaq.

Onu da bildirək ki, Tokio-2020-də bürünc medal qazanan Alfonso Azərbaycan tarixinə iki olimpiya medalı qazanan ilk boksçu kimi düşüb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC