Boksçumuz Paris-2024-də finala çıxmaq üçün əlindən gələni edib: "Orda gözləntilərim qıızl medaldı, bunun üçün...."

“Çox gərgin döyüş keçdi. Finaldan gözləntilərim qızıl medaldı. Əsasən "ikinci nömrə" ilə çıxış edən boksçuyam. İlk gündən məhz belə işləmişəm. Gözləyirəm ki, rəqib üzərimə gəlsin və zərbələrdən yayınım. Bu gün də belə etdim və qələbə qazandım. Finala çıxmaq üçün əlimdən gələni etdim”.

Presssport.az xəbər verir ki. bunu Azərbaycanın boksçusu Alfonso Dominqes Paris-2024-də finala vəsiqə qazanması ilə bağlı fikirlərini bildirərkən deyib.

Boksçu qızıl medal qazanmaq üçün əlindən gələni edəcəyini vurğulayıb: "Şəxsi kateqoriyam 86 kq çəki dərəcəsidir. İndi döyüşdüyüm kateqoriyada yeniyəm. Paris-2024-də yarışdığım kateqoriya olmadığına görə 92 kq çəki dərəcəsində döyüşürəm. Məsuliyyət var, əlimdən gələni edəcəm ki, finalda qızıl medal qazanım".

Xarırlasaq ki, Dominqes yarımfinalda ispaniyalı Emmanuel Reyes Pla üzərində qələbə qazanmaqla finala yüksəlib. Həlledici qarşılaşma avqustun 9-da baş tutacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC