Ayxan Abbasov həm oyundan, həm də nəticədən razı qalıb: "Pulumuz bitənə kimi transfer edəcəyik"

“Səfərdə “Sabah”la matçda 1 xal qazanmaq da bizi sevindirdi. Çətin olacağını bilirdik. Çünki yeni komandayıq, yeni oyunçular var. Adaptasiyaya bir neçə oyun lazımdır. Futbolçularım müdafiə planında ilk dəqiqələrdə səhvlərə yol verdi və qollar buraxdıq. Amma ruhdan düşmədik, iki qol vurduq. “Sabah”a 2 qol vurmaq futbolçularıma inam verir. Hər xal bizim üçün vacib olacaq. “Sabah”a uğurlar arzulayıram, avrokuboklarda çətin oyuna çıxacaq. Ümid edirik ki, bu mövsüm həm “Zirə”, həm də “Sabah” qruplarda ölkəmizi təmsil edər".

Presssport..az xəbər verir ki, bu sözləri “Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov Misli Premyer Liqanın I turunun “Sabah”la oyunundan sonra keçirilmiş mətbuat konfransında deyib.

O, ardından jurnalistlərin suallarını da cavablandırıb.

- Oyundan razı qaldız, yoxsa nəticədən?

- Hər ikisindən. 

- Bu heyətlə hədəfiniz nədir?

- Oyun baxımdan artırmalıyıq. Bu gün ilk oyuna görə razı qaldıq. Amma çətin oyunlarımız var, bizim üçün asan olmayacaq. Gənc futbolçular üçün də böyük şansdı. Həmişə gileylənirik ki, gənc futbolçulara şans verilmir. Həqiqətən potensiallı futbolçularımız var. Komandama inanıram. Elə bura da, inanaraq gəlmişəm. Bir-iki futbolçunun da olmasını istəyərdik. Brahim Konate də zədəlidi. Bu mövsüm əsas məqsədimiz Premyer Liqada möhkəmlənməkdi. İstədiyimi oyunu hələ ki, görmürəm. Bundan yaxşı olmağa çalışacağıq. 

- Transferlər yekunlaşıb?

- Pulumuz bitənə kimi transfer edəcəyik. Hələ ki, pulumuz qalıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC