Paris-2024: Alfonso Domingesin finaldakı rəqibi müəyyənləşib

Paris-2024 Yay Olimpiya Oyunlarının finalına vəsiqə qazanan Azərbaycan boksçusu Alfonso Domingesin (92 kq) həlledici görüşdəki rəqibi müəyyənləşib.

Presssport.az xəbər verir ki, bu çəki dərəcəsində digər yarımfinal qarşılaşmasında Lazizbek Mullojonovla (Özbəkistan) Davlat Boltayev (Tacikistan) üz-üzə gəlib.

Döyüş özbək boksçusunun 4:1 hesablı qələbəsi ilə başa çatıb. 

Final döyüşünün avqustun 9-u Paris vaxtı ilə saat 22:34 (Bakı vaxtı ilə 10 avqust saat 00:34-də) başlaması nəzərdə tutulub.

Onu da bildirək ki, Dominges Tokio-2020 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı, dünya çempionu (2021-ci il) və dünya çempionatının (2023) gümüş medalçısıdı. Onun finaldakı rəqibi isə Asiya çempionu (2022) olub və dünya çempionatında (2023) 3-cü yeri tutub.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC