"Zirə"nin rəqibi çempionata məğlubiyyətlə başladı

Xorvatiya çempionatında 2024/2025 mövsümünə start verilib.

Presssport.az xəbər verir ki, Konfrans Liqasının III təsnifat mərhələsində "Zirə"nin rəqibi olan "Osiyek" ilk turda doğma meydanda "Sibenik"i qəbul edib. 

Qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb. "Osiyek"in heyətində 54-cü dəqiqədə xorvatiyalı yarımmüdafiəçi Marko Soldo fərqlənib.

Xatırladaq ki, "Zirə" "Osiyek"lə ilk oyunu avqustun 8-də Xorvatiyada keçirəcək. Komandaların cavab görüşü bir həftə sonra Bakıda baş tutacaq.
 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC