"Zirə"nin rəqibində futbolçu ayrılığı

Konfrans Liqasının III təsnifat mərhələsində "Zirə"nin rəqibi olan "Osiyek"də ayrılıq gerçəkləşib.

Presssport.az xəbər verir ki, Xorvatiya təmsilçisi Marin Prekodravaçla yollarını ayırıb. 

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

19 yaşlı dayaq yarımmüdafiəçisi Xorvatiyanın digər klubu "Şibenik"ə keçib.

Xatırladaq ki, "Zirə" "Osiyek"lə ilk oyunu avqustun 8-də səfərdə keçirəcək. Komandaların cavab görüşü isə bir həftə sonra Bakıda baş tutacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC